"Mançester Yunayted" İngiltərə Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Derbi Kaunti"ni 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Ule Qunnar Sulşerin yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 9 matça (6 qələbə, 3 bərabərlik) çatıb. Bu görüşlərdə toplam 22 dəfə fərqlənən MY qapısında 2 qol görüb.
"Qırmızı şeytanlar" sonuncu dəfə yanvarın 22-də "Börnli"yə uduzub.
Fanat.Az