İtaliya A Seriyasının təqvimində yenidən dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, çempionatın 26-cı turu çərçivəsində keçirilməli olan "Yuventus" - "İnter" görüşü 8 martda boş tribunalar önündə oynanılacaq. Daha əvvəl sözügedən oyunla yanaşı, "Milan" - "Cenoa", "Parma" - SPAL, "Sassuolo" - "Breşiya", "Sampdoriya" - "Verona" və "Udineze" - "Fiorentina" qarşılaşmaları koronavirus səbəbindən 13 may tarixinə təxirə salınmışdılar.
26-cı turun təxirə salınmış matçları aşağıdakı tarixlərdə oynanılacaq:
7 mart
"Sampdoriya" - "Verona"
8 mart
"Milan" - "Cenoa"
"Parma" - SPAL
"Sassuolo" - "Breşiya"
"Udineze" - "Fiorentina"
"Yuventus" - "İnter"
25-ci turdan təxirə salınmış oyunların da keçirilmə tarixləri müəyyənləşib:
18 mart
"Atalanta" - "Sassuolo"
"Verona" - "Kalyari"
"Torino" - "Parma"
Bütün qarşılaşmalar azarkeşlərsiz keçiriləcək.
Fanat.Az