Qvineyada 2-ci divizion təmsilçisi "Etual de Qvineya"nın futbolçularını səfər matçına aparan avtobus qəzaya uğrayıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, bədbəxt hadisə martın 5-də olub.
Paytaxt Konakridən 250 km məsafədə yerləşən Mamu şəhəri yaxınlığında qeydə alınan olayın səbəbləri haqda dəqiq məlumat verilməsə də, Qvineya Futbol Liqası məlumatı təsdiqləyib. Hadisə nəticəsində 9 futbolçu dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alanlar arasında xəstəxanaya yerləşdirilənlər də var.
Qəzadan sağ çıxmayan oyunçulardan biri İngiltərə "Liverpul"unun üzvü Nabi Keytanın əmisi oğlu Almi Keytadı.
Fanat.Az