"Real"ın baş məşqçisi Zinəddin Zidan karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Yuventus" Zidanın xidmətində maraqlıdı. Turin klubu fransız çalışdırıcıya 3 illik müqavilə təklif etməyə hazırdı. "Daily Mail"-in məlumatına görə, Zidan təklifi qəbul edəcəyi təqdirdə ilinə 7 milyon funt qazanacaq.
"Yuve"nin prezidenti Andrea Anyellinin Zizu ilə yaxşı münasibətləri var. 47 yaşlı mütəxəssis "ağ-qaralar"a keçmək variantını istisna etmir. Bununla belə, o, "Qoca Sinyora"nın "Real"a təzminat məbləği ödəməsinin əleyhinədi.
Zidan və "Real"ın prezidenti Florentino Peresin əlaqələrinin güclü olmasına baxmayaraq, yayda yolların ayrılması ehtimal daxilindədi. Son xəbərlərə görə, komandanın bir qrup aparıcı oyunçusu məşqçinin fəaliyyətindən narazıdı.
Zidan "Yuventus"da dünyanın ən yaxşı futbolçularını transfer edə biləcəyini, o cümlədən daha çox sponsorla çalışmaq imkanına sahib olacağını düşünür. "Yuventus" rəsmiləri isə onun komandaya Çempionlar Liqasını qazandıracaq mütəxəssis olduğuna inanırlar.
Qeyd edək ki, Zidanın Madrid "Real"ı ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Fanat.Az