"Yuventus" Paulo Dibalanın müqaviləsini yeniləmək niyyətindədi.
Fanat.Az xəbər verir ki, "Yuventus" Dibalaya illik 10 milyon avro ödəməyi planlaşdırır. Lakin bu təklif argentinalı futbolçunu qane etmir. O, ilinə 12 milyon avro qazanmaq istəyir.
"Calciomercato"nun məlumatına görə, Turin klubunun rəhbərliyi Dibalanın Çempionlar Liqası və daxili çempionatın növbəti oyunlarındakı performansı əsasında məsələ ilə bağlı yekun qərar qəbul edəcək.
26 yaşlı oyunçunun hazırkı müqaviləsi 2022-ci ildə başa çatır.
Cari mövsümdə İtaliya A Seriyasında 23 matçda meydana çıxan Dibalanın aktivində 6 qol, 8 məhsuldar ötürmə var.
Fanat.Az