Madrid "Real"ı İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən oyunda "Betis"ə 1:2 hesabı ilə yenilib.
Fanat.Az xəbər verir ki, matçı dəyərləndirən baş məşqçi Zinəddin Zidan bütün məsuliyyəti öz üzərinə götürüb:
"Bu gün bizdə heç nə alınmadı. Buna görə məni günahlandırmaq lazımdı. Baş verənləri bir də gözdən keçirəcəm. La Liqanın sonuna kimi çempionluq uğrunda mübarizə aparacağıq.
Mən ölənə kimi oyunçuların yanındayam. Burada məsuliyyət daşıyan biri varsa, o da mənəm. Baş verənləri təhlil etdikdən sonra lazımi qərarları qəbul edəcəyik.
Pis oynadıq, çoxlu səhvlər buraxdıq. Ümumi oyun planı, topa sahib olma, aqressiya... - hər mənada çatışmazlıqlarımız var idi. Bu, cari mövsümdəki ən pis oyunumuz idi. Qələbəyə layiq deyildik. Pis başladıq və axıra qədər də eyni formada davam etdik. Nə deyəcəyimi bilmirəm".
Fanat.Az