Çempionat oyunlarında "koronavirus çubuğu"ndan istifadə olunur - VİDEO
Koronavirus infeksiyası artıq dünyanın 100-dən çox ölkəsinə yayılıb. Siyahıda Danimarkanın da adı var.
Fanat.Az xəbər verir ki, Danimarka çempionatında koronavirusla mübarizə məqsədi ilə maraqlı üsuldan istifadə edilir. Jurnalistlər yerli çempionatın oyunlarında müsahibə alarkən uzaq məsafədən fikir öyrənməyə imkan yaradan, yerli mediada "koronavirus çubuğu" adlandırılan mikrofon çubuqlarından faydalanırlar.