"Real"ın qolkiperi Tibo Kurtua (Thibaut Courtois) sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, Kurtua qasıq nahiyəsindən zədə alıb. Tibbi müayinədən sonra belçikalı qapıçının qarşıdakı iki matçı buraxacağı bəlli olub. Söhbət "Eybar" və "Mançester Siti" ilə oyunlardan gedir.
Qeyd edək ki, Kurtua "Betis"lə oynanılan görüşdə (1:2) zədə almışdı.
Fanat.Az