"Atalanta"nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Valensiya" ilə oynanılan matçda (4:3) 4 qola imza atıb.
Fanat.Az xəbər verir ki, İliçiç pley-off çərçivəsində səfərdə poker edən ilk futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.
Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə "Valensiya"nı 8:4 üstələyən "Atalanta" 1/4 finala vəsiqəni təmin edib.
Fanat.Az