Avropa Liqasının 1/8 final mərhələsində sabah keçirilməli olan iki oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Qurumun qərarına əsasən, "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) keçirilməyəcək. Buna səbəb koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyətinin qoyulması olub.
Qeyd edək ki, İtaliyada koronavirus epidemiyası geniş yayılıb. Bu səbəbdən İspaniya bu ölkədən gələcək təyyarələri qəbul etməyəcəyini bəyan edib.
Fanat.Az