"Yuventus"un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, Ruqaninin analiz nəticələri pozitiv çıxıb. "Yuventus" bu barədə rəsmi məlumat yayıb.
Turin klubu xəstəliyin daha da yayılmasının qarşısını almaq və Ruqanini cəmiyyətdən təcrid etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib. "Yuventus" italiyalı futbolçu ilə birbaşa əlaqədə olan şəxslərin siyahısını hazırlayıb.
Daniele Ruqaninin adı "Yuve"nin 8 martda "İnter"lə oynadığı matçın iştirak ərizəsinə daxil edilmişdi.
Koronavirusun inkubasiya dövrünün təxminən iki həftə olduğu güman edilir.
Fanat.Az