"Yuventus"un hücumçusu Kriştianu Ronaldu komandanın dünən keçirilən məşq sessiyasında iştirak etməyib.
Fanat.Az xəbər verir ki, Ronaldu klubda yaranan fövqəladə vəziyyət səbəbindən Madeyrada qalmaq qərarına gəlib. Məlumatı "Yuventus"un rəsmi saytı təsdiqləyib.
Qeyd edək ki, "Qoca Sinyora"nın müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkarlanıb.
Fanat.Az