Türkiyə Superliqasında həftənin daha bir maraqlı görüşü "Trabzonspor" və "Başakşəhər" arasında oynanılıb.
Fanat.Az xəbər verir ki, turnirin ilk iki pilləsində qərarlaşan komandalar qalibi müəyyənləşdirə bilməyiblər. Birinci hissədə qol səsi çıxmayıb. 56-cı dəqiqədə Demba Ba "Başakşəhər"i önə keçirib. Lakin İstanbul təmsilçisi üstünlüyünü qoruya bilməyib. Qoldan 6 dəqiqə sonra Martin Şkrtel avtoqol müəllifi olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hazırda hər iki komandanın aktivində 53 xal var. Qol fərqinə görə üstün olan "Trabzonspor" birinci, "Başakşəhər" isə ikincidi.
Türkiyə Superliqası
26-cı tur
"Trabzonspor" - "Başakşəhər" - 1:1
Qollar: Şkrtel (62-avtoqol) - Ba (56)
Fanat.Az