Azərbaycanın daha bir qonşu ölkəsində çempionatlar dayandırılıb.
Fanat.Az xəbər verir ki, koronovirus pandemiyasına görə Qazaxıstanda bütün futbol yarışları aprelin 15-dək təxirə salınıb.
Ölkədə bu gündən bir aylıq fövqəladə vəziyyət rejimi qüvvəyə minib, profilaktik tədbirlər aparılır. Məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsidi.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanla yanaşı, qonşu ölkələrdən Gürcüstan və İranda da bütün idman tədbirləri dayandırılıb. Qardaş Türkiyədə yarışlar azarkeşsiz keçirilir, Rusiyada isə hələ heç bir yarış təxirə salınmayıb.
Fanat.Az