CIES Futbol Araşdırmaları Mərkəzi Avropanın top-5 liqalarında çıxış edən klubları heyətlərinin dəyərinə görə sıralayaıb.
Fanat.Az xəbər verir ki, dəyərləndirmə zamanı hər klubun 20 ən dəyərli futbolçusunun qiyməti əsas götürülüb. Oyunçuların qiyməti CIES tərəfindən hazırlanmış xüsusi alqoritmin köməkliyi ilə müəyyənləşdirilib.
Sıralamaya "Liverpul" (1,405 milyard avro) başçılıq edir. "Mançester Siti" (1,361 milyard avro) ikinci, "Barselona" (1,17 milyard avro) isə üçüncüdü.
"İlk onluq" belədi:
1. "Liverpul" (Liverpool) - 1,405 milyard avro
2. "Mançester Siti" (Manchester City) - 1,361 milyard avro
3. "Barselona" (Barcelona) - 1,17 milyard avro
4. "Real" (Real Madrid) - 1,1 milyard avro
5. "Çelsi" (Chelsea) - 1,008 milyard avro
6. "Mançester Yunayted" (Manchester United) - 1,007 milyard avro
7. PSJ (Paris Saint Germain) - 979 milyon avro
8. "Atletiko" (Atletico Madrid) - 836 milyon avro
9. "Tottenhem" (Tottenham) - 787 milyon avro
10. "Yuventus" (Juventus) - 783 milyon avro
Fanat.Az