"Yuventus"un (Juventus) yarımmüdafiəçisi Blez Matyuidinin (Blaise Matuidi) koronavirusa yoluxduğu məlum olub.
Fanat.Az xəbər verir ki, Matyuidinin ilkin analiz nəticəsi pozitiv çıxıb. Fransız futbolçuda virus infeksiyasının heç bir simptomu olmayıb.
Daha əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə (Daniele Rugani) koronavirus aşkarlanmışdı.
İtaliyada 28 minə yaxın insan Covid-19-dan əziyyət çəkir. Ölənlərin sayı artıq 2 mini keçib.
Fanat.Az