"İnter" "Barselona"nın yarımmüdafiəçisi Artur Meloya elçi düşüb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Milan təmsilçisi "Barsa"nın braziliyalısını rənglərinə bağlamaq üçün 23 yaşlı argentinalı yarımmüdafiəçisi Lautaro Martinesin varlığından faydalanmaq niyyətindədi.
Belə ki, Arturun keçidində "neradzurra"nın baş məşqçisi Antonio Konte şəxsən maraqlıdı. Kataloniya klubunun qiyməti 150 milyon avro olan Martinesə ciddi maraq göstərməsi isə İtaliya təmsilçisi üçün yaxşı fürsətdi. "Barselona" rəsmiləri Arturu "İnter"ə verməklə Lautaronun qiymətinin yetərincə endirilməsinə nail ola bilər.
Fanat.Az