Mauro İkardi (Mauro İcardi) mövsümün sonunda PSJ-dən (PSG) ayrılmaq niyyətindədi.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, İkardi və xanımı Vanda Nara İtaliyaya qayıtmaq istəyir. Argentinalı futbolçu karyerasını yenidən A Seriyasında davam etdirmək istəyir.
İkardi icarə əsasında PSJ-də çıxış edir. Paris klubu 70 milyon avro qarşılığında onun transfer haqlarına sahib çıxa bilər.
27 yaşlı forvardın "İnter"lə müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.
Fanat.Az