PSJ-nin hücumçusu Neymar "Barselona"ya qayıdacağı təqdirdə Messi komandada qalmağa razılıq verə bilər.
Fanat.Az "El Confidencial"a istinadən xəbər verir ki, Messi "Barsa"da özünü xoşbəxt hiss etmir. Argentinalı futbolçu komandanın nəticələrindən narazıdı. Həmçinin Leonun yaxşı əlaqələrə sahib olduğu Ernesto Valverdenin istefaya göndərilməsi də onun ürəyincə olmayıb. Yalnız Neymar qayıdacağı təqdirdə Messinin "Barselona"da qalacağı bildirilir.
Leo katalon klubunun yetirməsidi. O, 2001-ci ildən bəri "blauqrana" strukturu daxilində futbol oynayır. Messinin müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə transfer olub.
Fanat.Az