"Bavariya" hələ də "Mançester Siti"nin vingeri Leroy Sanenin xidmətində maraqlıdı.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya"nın idman direktoru Həsən Salihamidziç ötən həftə Saneni təmsil edən "LIAN Sports" agentliyinin nümayəndələri ilə görüşüb. Bununla belə, tərəflər rəsmi olaraq aprelin 1-dən sonra danışıqlara başlaya bilərlər.
"Bavariya" Saneyə 5 illik müqavilə təklif etməyə hazırdı. Alman futbolçu Münhen klubuna keçməyin əleyhinə deyil.
Sanenin "Siti" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az