"Lion" (Lyon) yarımmüdafiəçisi Ussem Auanı (Houssem Aouar) transfer bazarına çıxarmağa hazırdı.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" (Juventus) və PSJ (PSG) Auanın transferində maraqlıdılar. Fransız klubu 21 yaşlı futbolçuya görə 70 milyon avro tələb edir.
Aua "Lion"un yetirməsidi. Fransız oyunçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Cari mövsümdə Liqa 1-də 25 matçda meydana çıxan Auanın aktivində 3 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az