"İnter"in ulduz hücumçusu Romelu Lukaku koronavirus pandemiyası üzündən karantinə alınmasından danışıb.
Fanat.Az xəbər verir ki, forvard yaxınları üçün darıxdığını deyib:
"Anam, oğlum, qardaşım üçün darıxıram. Heç kimlə əlaqə qura bilməməyiniz çox üzücü haldı. Məşqləri, azarkeşlər önündə meydana çıxmağı çox özləyirəm. İnsan belə anlarda əlindəkinin qiymətini bilir. Mümkün qədər diqqətli olmalısınız. Bu, hər kəsə təsir göstərə bilər. Təsadüfən yoluxub yaxınlarınıza da ciddi problem yarada bilərsiniz. Anam şəkər xəstəsidir. Buna görə də o, yüksək risk qrupundadır. Bu səbəbdən də onunla görüşmürəm”.
Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 245 min nəfəri keçib. Onların 10 mindən çoxu vəfat edib.
Fanat.Az