Bu gün Ronaldinyonun yubileyidi.
Fanat.Az xəbər verir ki, 1980-ci ildə, martın 21-də Braziliyanın Portu-Aleqri şəhərində doğulan superveteranın 40 yaşı tamam olur.
"Pentakampionlar"ın formasıyla xaruqələr yaradan, "Barselona”, "Milan”, PSJ kimi klublarda oynayan Ronaldinyo FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, dünya çempionu bugünkü yubileyini həbsxanada qarşılayır. Bir müddət öncə əfanəvi veteran saxta pasportla tutulduğu üçün Paraqvayda həbs edilib. Onun və qardaşının 6 ay dəmir barmaqlıqlar arasında qalmasına qərar verilib.
Fanat.Az