"Bavariya”nın daha bir futbolçusu koronavirus pandemiyasına qarşı mübarizədə səxavət nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, Münhen komandasının polşalı qoleadoru 1 milyon avro verib.
Ön xətt oyunçusu Almaniya mətbuatına açıqlamasında xanımı ilə birgə atdığı xeyirxah addıma belə şərh verib:
"Yaşanan ciddi və çətin durumun fərqindəyik. Artıq hər birimiz eyni komandanın heyətində mübarizə aparırıq. Bu mübarizəyə dəstək verə biləcək hər kəsdən yardım gözləyirik”.
Xatırladaq ki, daha öncə Levandovskinin komanda yoldaşları Leon Qoretska ilə Yozua Kimmix də ikilikdə koronavirusa qarşı mübarizəyə 1 milyon avroluq yardım etmişdilər.
Fanat.Az