Avstraliya çempionatı koronavirus pandemiyası üzündən dayandırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Avstraliya Futbol Federasiyasının rəsmi saytı yayıb. Ölkənin bir sıra şəhərlərində karantin tətbiq olunduğu, hərəkətin məhdudlaşdırıldığı vurğulanıb.
Bu səbəbdən ən azı 22 aprelədək çempionatın bütün oyunları təxirə salınıb.
Fanat.Az