Braziliyanın "Korintians” klubunun ev oyunlarını keçirdiyi "Pakaembu” stadionu koronavirusa yoluxanlar üçün açıq hava xəstəxanasına çevriləcək.
Fanat.Az xəbər verir ki, stadion ərazisində 200-dən çox çarpayının yerləşdiriləcəyi və işlərin 10 gün müddətində yekunlaşacağı bildirilib.
"Pakaembu” Braziliyada koronavirusun ən çox yayıldığı San-Paulo şəhərində yerləşir. İdman qurğusunun azarkeş tutumu 42 mindi.
Fanat.Az