"Qalatasaray"ın koronavirus pandemiyasına yoluxan baş məşqçisi Fatih Terimin qızı Buse Terim açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, atasının vəziyyəti ilə bağlı danışıb.
"Bu gün yeni xəbər yoxdu. Dünənki ilə eynidi. Atam yaxşıdı. Daha yaxşı olacaq, bilirəm. Biz ailə üzvləri olaraq yaxşı deyilik, amma yazşı olacağıq. Bu xəstəlik hərbirimizdə ola bilər və bunu bilməyə bilərik. Bu səbəbdən xəbərdarlıqları dinləyin, mümkünə evdə qalın" deyə Buse Terim bildirib.
Fanat.Az