"Yuventus"un sabiq prezidenti Covanni Kobolli Ciqli koronavirus pandemiyası üzündən İtaliyanı tərk edən futbolçuları tənqid edib.
Fanat.Az xəbər verir ki, o, Turin klubunun intizam sarıdan "axsadığını" söyləyib:
"İndiki durumda tənqid etmək istəmirəm. Ancaq oyunçuların İtaliyadan niyə getdiyini başa düşmürəm. Ümid edirəm ki, ən qısa vaxtda geri qayıdarlar. Onların işə davam etməsi çətin olacaq, hələ 14 gün karantində qalmalı olacaqlar.
Ronaldu "Yuventus”dan ayrılandan sonra işlər daha da çətinləşdi. Anasının yanına getdiyini desə də, gözündə eynək basseynin yanından şəkillər paylaşır. Ona güzəşt edildi. Daha sonra İquain və başqaları klubdan ayrıldı. Bu futbolçular hamısı "İnter”in oyunçuları kimi komandada qalmalı idi. Açığı, Canni Anyelli, Umberto Anyelli və Bonipertin "Yuve"yə rəhbərlik etdiyi dönəmlər üçün darıxıram. Onlar klubda intizama daha yaxşı nəzarət edirdilər. Uzun saçlı oyunçuların saçlarını necə kəsdiklərini xatırlayıram”.
Fanat.Az