"Uşaqlıqdan "Milan” tərafdarıyam. Həmişə bu komanda üçün ən yaxşısını etməyə çalışmışam".
Fanat.Az xəbər verir ki, bunu "Milan"ın qapıçısı Canluici Donnarumma İtaliya mətbuatına açıqlamasında deyib.
Rəqibin təhlükəli rəqib hücumçulardan danışan əlcək sahibi "Yuventus"un superulduzu Kriştianu Ronaldudan qorxduğunu söyləyib:
"Hər zaman "artırmaq" və mümkün qədər az qol buraxmaq haqda düşünürəm. Meydana yalnız bu fikirlə çıxıram. Rəqib forvardlar isə şübhəsiz, hər imkandan faydalanmağı, qol vurmağı düşünür. Bu günə qədər bir sıra təhlükəli hücumçuya qarşı oynamışam. Aralarında ən qorxduğum Ronaldudu”.
Fanat.Az