Dortmund "Borussiya"sının vinqeri Ceydon Sanço komandanı tərk edə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Sançonu heyətinə qatmağa ən yaxın olan klubdu. Bununla belə, "Borussiya" "Liverpul" və "Çelsi"nin 20 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulmasını gözləyir.
Dortmund klubu Sançoya görə 130 milyon avro tələb edir. "Liverpul"un bu məbləği ödəmək niyyətində olmadığı bildirilir. Üstəlik, Mane-Firmino-Salah üçlüsünün oyun keyfiyyəti rəhbərliyi qane edir.
Hakim Zieşin keçidinə 44 milyon avro ödəyən "Çelsi"nin isə ingilis oyunçunun transferini arxa plana atdığı iddia olunur.
Fanat.Az