Fransanın "RMC Sport" telekanalı futbol tarixinin ən yaxşı driblinq ustasını müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.
Fanat.Az xəbər verir ki, mini-turnirin finalına "Barselona"nın hücumçusu Lionel Messi və onun sabiq komanda yoldaşı Ronaldinyo yüksəlib. Azarkeşlərin səsverməsinə əsasən, argentinalı futbolçu ən yaxşı driblinqçi seçilib.
Messi finala gedən yolda Dennis Berqkamp, Kaka, Zinəddin Zidan və Ronaldonu geridə qoyub. Ronaldinyo isə Hakim Zieş, Aryen Robben, Yohan Kroyff və Neymardan güclü olub.
Fanat.Az