00:48 13.01.2021 1397

Levandovskinin duyğusal həyat hekayəsi - FOTOLAR

"Beş yaşımda futbolla məşğul olmağa başlamışam. O vaxt Leşnoda mənim yaşımdakı uşaqlar üçün komanda yox idi. Ona görə də məndən iki yaş böyük uşaqlarla oynamaq məcburiyyətində idim". 

Fanat.Az xəbər verir ki, bu sözlər 2020-ci ilin ən yaxşı futbolçusu seçilən Robert Levandovskiyə məxsusdur.

"Bavariya"nın polşalı hücumçusu həyat hekayəsini danışıb:

"Çətin idi, çünki çox utancaq, sısqa biri idim və iki yaş böyük fərq idi. Həmçinin bir müddət Varşavada da oynamalı olmuşam. Bir saat məşqə getməyə, bir saat isə geri qayıtmağa gedirdi. Məni məşqə aparmaq üçün can atan valideynlərim olmasaydılar, futbolla bağlı xəyallarım başlamadan bitəcəkdi.
Valideynlərimin hər ikisi fiziki tərbiyə müəllimi idi. Atam həm də mənə dərs deyirdi. Məktəbdən sonra məni məşqə aparırdı, iki saat məşqin bitməsini gözləyirdi, sonra isə birlikdə qayıdırdıq. Klubun paltardəyişmə otağı yox idi. Tez-tez yağış altında oynayır, palçığa bürünmüş halda avtomobilə otururdum. Sonra qaranlıq düşürdü və axşam saat 10-da evə çatırdıq. Hə, məşq etməyim üçün atam dörd saatından keçirdi. Uşaqların valideynlərindən bəziləri onun dəli olduğunu düşünürdülər. Zarafat etmirəm, həqiqətən, bu fikirdə idilər. "Niyə bunu edirsiniz?" - deyə valideynlərimə sual ünvanladıqlarını eşitmişdim.
Valideynlərim cavab verərkən, övladlarının peşəkar idmançı olmasını istədikləri üçün bunu etdiklərini heç vaxt deməzdilər. Əvəzində, mənim futbolçu olmaqla bağlı xəyalımdan bəhs edər, oyunu çox sevdiyimi qeyd edərdilər. "Robert üçün hər şeyi etməliyik ki, professional olsun, zirvəyə çatsın və beləcə, biz zəngin olaq" - yox, onların dilindən belə bir şey eşidə bilməzdiniz. Heç vaxt!

Valideynlərin çoxu övladlarına uğur qazanmaq üçün təzyiq göstərirlər. Öz gözümlə görmüşəm ki, atalar oyunlar zamanı kənardan 10 yaşlı uşaqlarının üstünə qışqırırlar. Mən uşaq olanda bu, yaxşı motivasiya növü deyildi. Məncə, indi də deyil. Sadəcə, həmin valideynlər idmançı olmağın, əslində, necə bir şey olduğunu bilmirlər. Onlar futbola olan sevginin ürəkdən gəlməli olduğunu anlamırlar.

Hətta mən gənc olanda da bəzi insanlar professional idmana addım ata bilməyəcəyimi düşünürdülər, çünki onlara görə, mən çox balaca və arıq idim. İndikilər demiş - "heyterlər". Amma valideynlərim başqalarının dediklərinə məhəl qoymamağı təşviq edir, öz fikirlərim əsasında həyatıma yön verməli olduğumu vurğulayırdılar. Mənə həmişə deyərdilər: "Robert, instinktlərinə güvən". Mən onların nə demək istədiyini illər sonra anladım. Hüçümcuların dərs çıxarmalı olduğu cümlədi. Əslində, digər insanlara da bunu aid etmək olar.

16 yaşım var idi, atam uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişdi. Hələ də atamı o yaşda itirməyin mənim üçün necə çətin olduğunu təsvir etməkdə çətinlik çəkirəm. Bəzi şeylər var ki, oğlan uşaqları onları ancaq ataları ilə danışa bilirlər. Böyüməklə, kişi olmaqla bağlı şeyləri nəzərdə tuturam. Atam öldükdən sonra tez-tez məhz bu məsələlər barədə onunla danışmaq istəyirdim. Dəfələrlə olub ki, içimdən ona zəng etmək keçib. 10 dəqiqəlik də olsa danışa bilsək, bəs edərdi. Amma bu, mümkün deyildi. Anam əlindən gəldiyi qədər mənə kömək etməyə çalışırdı. Həm ata, həm də ana olmalı idi. Etdiklərinə görə ona böyük hörmətim var. 
Atam peşəkar futbolçu olmağımı görəcək qədər yaşamadı. Bununla belə, bütün oyunlarımı evdəki ən yaxşı kresloda oturaraq izlədiyini düşünməyi sevirəm. Topu ayağıma verən və futbolla məşğul olmağımın səbəbini unutmağıma mane olan o idi.
 
Titullar? Pul? Şöhrət? Yox, biz futbolu bunlara görə oynamırıq.

Biz onu sevdiyimiz üçün oynayırıq.

Sağ ol, ata.

Ağlımda canlanan filmin son səhnəsi: yenə atamlayam. Heç kiməm, nailiyyətim yoxdu - bax, o dövrlərə dair bir xatirə yadıma düşür. Kim olduğumu sadəcə kəndimizdəkilər bilir. Titul filan qazanmamışam. Bu xatirə sizin üçün bir məna ifadə etməyəcək. Ya da bilmirəm, bəlkə də, edəcək.

Səhər tezdəndi, atam məni Polşanın o biri başına aparır - oyun üçün. Futboldan, məktəbdən, havadan-sudan danışırq. Birlikdə avtomobillə yol gedirik. Pəncərədən kənara baxıram, ağaclar bir-birini əvəzləyir, oyuna görə həyəcanlanıram. Görəsən, nə edəcəm? Necə qol vuracam, nələr olacaq? Yola tamaşa etdikcə ağlımdan belə fikirlər keçir.

Bu qədər. Xatirə bundan ibarətdi. Ən yaxşı xatirəm..." 

Tərcümə: Rüfət Məcid
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X