UEFA koronavirus pandemiyasın Avropa futboluna dağıdıcı təsirini minimuma endirmək üçün çalışmalarını davam etdirir.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, UEFA Avropa daxilində keçirilən bütün çempionlatlarda mövsümü avqust ayında başa vurmağı planlaşdırır. Bu, qurumun təcili işçi qrupunun hazırladığı mümkün ssenarilərdən biridi. Hazırda ortaya çıxan vəziyyət bu yöndəki ehtimalları artırır.
Avro-2020-nin təxirə salınması UEFA-ya böyük itkilər hesabına başa gələcək. Avropanın ali futbol qurumu daxili çempionatların yarımçıq dayandırılması nəticəsində əlavə itkilərə məruz qalmaq istəmir. Bu səbəbdən prioritet liqaların sona kimi oynanılmasıdı.
Fanat.Az