"Real" icarə əsasında Dortmund "Borussiya"sında çıxış edən Əşrəf Hakiminin müqaviləsini yeniləyib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" Hakiminin sözləşməsini 2023-cü ilə kimi uzadıb. Madrid klubu bu yolla digər klubların transfer cəhdlərinin qarşısını almağa çalışır.
21 yaşlı futbolçu baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında "Real"da debüt edib. O, fransız çalışdırıcının oğlu Luka ilə yaxşı münasibətlərə sahibdi.
Artıq Hakiminin başqa klublara transfer olmaq ehtimalı elə də yüksək qiymətləndirilmir. Daha əvvəl "Bavariya" və Dortmund "Borussiya"sının onun xidmətində maraqlı olduğuna dair xəbərlər yayılmışdı.
Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan mərakeşli oyunçunun aktivində 3 qol, 10 məhsuldar ötürmə var.
Fanat.Az