"Barselona"nın sabiq futbolçusu, hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi də koronavirusla mübarizəyə dəstək verib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Xavi və həyat yoldaşı Nuriya Kunilera COVID-19-la mübarizə məqsədi ilə toplam 1 milyon avro ianə ediblər. Vəsait Barselonadakı xəstəxanalardan birinin hesabına köçürülüb. Bildirilir ki, məbləğ təkcə zəruri dərman və avadanlıqların alınmasına deyil, həm də araşdırmalar üçün sərf ediləcək.
Son məlumatlara görə, İspaniyada koronavirusa yoluxanların sayı 120 mini keçib. Ölkədə 12 minə yaxın insan pandemiyadan dünyasını dəyişib.
Fanat.Az