Kilian Mbappe mövsümün sonunda PSJ-dən ayrılmayacaq.
Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, Qətər əmiri Tamim bin Həmad əl Tani bu barədə qərar qəbul edib. Kluba yaxın mənbələrdən biri məsələ ilə bağlı deyib:
"Nə olursa olsun, Mbappe komandada qalacaq. Bu, əmirin istəyidi".
Daha əvvəl fransız futbolçunun adı "Real"la hallanırdı. "L’Équipe" iddia edir ki, PSJ Madrid klubunun təklifinə baxmayacaq.
Mbappenin "parislilər"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Fanat.Az