"Mançester Yunayted" Britaniya hökumətinin iş yerlərini qorumaqla bağlı dövlət proqramına qoşulmayacaq.
Proqram koronavirus pandemiyası ilə yaranan böhran vəziyyətində işçilərin əmək haqlarının 80%-nin dövlət büdcəsindən ödənilməsini əhatə edir. Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, MY 900 əməkdaşını, çempionatın dayandırılmasına rəğmən hökumətin köməyi olmadan maaşların tam şəkildə ödəniləcəyi barədə məlumatlandırıb.
Eyni zamanda, "Mançester Yunayted" klub işçilərinin anti-koronavirus kampaniyalarında könüllü olaraq iştirak etmə ehtimalını nəzərdən keçirir.
Daha əvvəl "Liverpul" və "Tottenhem"in iş yerlərinin qorunması ilə bağlı dövlət proqramında iştirak edəcəyi məlum olmuşdu.
Fanat.Az