"Milan"ın müdafiəçisi Alessio Romanyoli komandanı tərk edə və karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Romanyolini yaxından izləyir. 25 yaşlı futbolçunun özünün də keçiddə maraqlı olduğu bildirilir. Lakin "Milan"ın 50 milyon avro tələb etməsi transferə mane ola bilər.
Romanyoli 2018-ci ildən "rossonerilər"in kapitanıdı. İtaliyalı oyunçu cari mövsümdə A Seriyasında 26 matçda meydana çıxıb.
Fanat.Az