"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın anası vəfat edib.
Fanat.Az "Siti"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dolores Sala Karrio 82 yaşında koronavirusdan dünyasını dəyişib. "Şəhərlilər"in bəyanatında qeyd olunub:
"Klubla əlaqəsi olan hər kəs bu kədərli anında Pepə, ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı verir".
Daha əvvəl Quardiola koronavirusla mübarizə məqsədi ilə Kataloniyadakı xəstəxanalarından birinə 1 milyon avro bağışlamışdı.
Fanat.Az