Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi İvan Yovanoviç postundan gedib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Yovanoviçlə yanaşı, onun köməkçiləri də istefa verib.
Yovanoviç ötən ilin dekabrından BƏƏ yığmasına baş məşqçi təyin olunmuşdu. Onunla 6 aylıq müqavilə imzalanmışdı. 57 yaşlı serbiyalı mütəxəssis komandanı DÇ-2022 və Asiya Kuboku-2023-ün seçmə mərhələ oyunlarına hazırlamalı idi. Lakin koronavirus pandemiyası səbəbindən təcrübəli mütəxəssis BƏƏ yığmasını heç bir rəsmi oyuna çıxara bilməyib.
Fanat.Az