FIFA konfederasiyalar, liqalar və klubların nümayəndələri ilə koronavirus pandemiyası səbəbindən ortaya çıxan bəzi məsələləri müzakirə edib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, danışıqların bütün tərəfləri çempionatların əvvəlcədən planlaşdırıldığı kimi 30 iyunda başa çatmasının mümkünsüz olduğunu qəbul ediblər. Bu səbəbdən yay "transfer pəncərəsi"nin təxirə salınması qərara alınıb.
Bəzi oyunçuların müqavilələri iyunun 30-da başa çatacaq. FIFA onların sözləşmələrinin cari mövsümün sonuna kimi uzadılmasını tərəflərlə razılaşdırıb.
Ali futbol qurumu klublara maaşları azaltmağı və dövlət proqramlarında iştirak etməyi tövsiyə edərək onları iş yerlərini qorumağa çağırıb.
Fanat.Az