Almaniya millisi və "Bavariya"nın sabiq oyunçusu Lotar Matteus "Sky Sports"dakı yazısında "Bavariya"nın transfer hədəflərindən bəhs edib.
Fanat.Az xəbər verir ki, Matteus Münhen klubunun "Mançester Siti"nin vinqeri Leroy Sanedənsə "Layptsiq"in hücumçusu Timo Verneri transfer etməli olduğunu vurğulayıb:
"Timo Verner haqqındakı fikirlərim hamıya məlumdu. Leroy Sanenin pis oyunçu olduğunu düşünmürəm. Amma Verner bir çox nöqteyi-nəzərdən "Bavariya"ya daha uyğun futbolçudu. Meydanda daha çevikdi, xarakteri rəhbərliyin gözləntilərinə uyğundu. Bu transferdə risk nisbətən azdı. Verner Levandovskinin mövqeyində, onun arxasında və ya cinahlarda oynaya bilər. Üstəlik, onun transferi daha ucuz başa gələcək.
Klubun Verneri daha əvvəl niyə transfer etmədiyini anlamıram. Amma transferin baş tutmamasındansa gec reallaşmağı daha yaxşıdı. Vernerin bu mövsüm oyununu inkişaf etdirdiyi aşkar məsələdi. Sane zədə səbəbindən uzun müddətdi yaşıl meydanlardan uzaqdı. Məni yanlış anlamayın, onların hər ikisi "Bavariya"ya faydalı ola bilər. Sadəcə, mənim seçim haqqım olsa, yəni klubun yerində olsam, Vernerə üstünlük verərdim".
Fanat.Az