İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Barselona”nın superulduzu Lionel Messinin Milan "İnter”inə keçəcəyi barədə iddialara reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, La Liqa başqanı belə danışıb:
"Düşünmürəm ki, Messi getsə, A Seriyasının bütün problemləri həll ediləcək. İtaliya futbolunda vəziyyət gərgindi. Bu iqtisadi problemlər tək Messi ilə yoluna qoyulmayacaq. Lionelin İspaniyada qalmasını çox istərdim. Ancaq getsə belə, dünyanın sonu olmayacaq. Kriştianu Ronaldusuz La Liqanın çox pullar itirəcəyini deyirdilər. Ancaq əksinə oldu, çempionatımız daha çox qazanmağa başladı. Düzdü, böyük futbolçuların gəlir baxımından faydası var. Lakin onlar çempionatın ayrılmaz hissələri deyil”.
Qeyd edək ki, dünən "İnter”in sabiq prezidenti Massimo Moratti yerli mətbuata açıqlamasında İtaliya klubunun Messini heyətə qatmaq üçün hərəkətə keçdiyini deyib.
Fanat.Az