"Barselona” və "Yuventus” oyunçularını dəyişməyə hazırlaşır.
Fanat.Az Calciomercato.com-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Turin klubunun hücumçusu Federiko Bernardeskini istəyir. Kataloniyalılar bu transfer qarşılığında 2 futbolçusunu – yarımmüdafiəçi İvan Rakitiç və müdafiəçi Samuel Umtitini "Yuve”yə göndərməyə hazırdı.
Mənbəyə inansaq, tərəflərin telefon danışıqları müsbət nəticələnib.
Fanat.Az