İtaliya A Seriyasında mövsüm bərpa olunacağı təqdirdə VAR sistemindən istifadə edilməyə bilər.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, çempionat rəhbərliyi hazırda bu variantı müzakirə edir. VAR-a birbaşa cavabdeh olan hakimlərin sağlamlığını qorumaq üçün bu yöndə addım atıla bilər.
Qeyd edək ki, qarşılaşmalar zamanı VAR-a nəzarət edən hakimlər və texniki mütəxəssislər qapalı və kiçik otaqda sıx təmasda olurlar.
Fanat.Az