"Liverpul"un vingeri Sadio Mane "Rakuten"in televiziyasına açıqlamasında baş məşqçi Yürqen Kloppla münasibətlərindən və İngiltərədəki həyatından danışıb.
Fanat.Az xəbər verir ki, seneqallı futbolçu Yürqenin motivatorluq bacarığına xüsusi diqqət çəkib:
"Yürqen əla məşqçidi. O, həmişə pozitivliyini qoruyur. Hətta məğlubiyyətlərdən sonra belə, komandanı yeni qələbələrə həvəsləndirmək üçün doğru sözləri tapa bilir.
Klopp oyunçuların səviyyəsini necə qaldıracağını yaxşı bilir. Bəzən futbolçular artıq inkişaf edə bilməyəcəklərini düşünürlər. O anlarda Yürqen imdada çatır.
İngilis futbolu və Premyer Liqa ilə bağlı onu deyə bilərəm ki, burada futbol insanlar üçün çox önəmlidi. Premyer Liqada sürət və oyun səviyyəsi çox yüksəkdi.
Böyük Britaniyaya gəlincə, avtomobillərin sükanının sol tərəfdə olmasına öyrəşmək çox zamanımı aldı. Amma son illərdə buna alışdığımı deyə bilərəm".
Fanat.Az