"Sevilya"nın vingeri Nolito "İzvestiya"ya müsahibəsində kimi dünyanın ən yaxşı futbolçusu hesab etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Nolito sabiq komanda yoldaşı, "Barselona"nın hücumçusu Lionel Messini başqa oyunçularla müqayisə etməyin mənasız olduğunu bildirib:
"Təbii ki, birlikdə oynadığım ən güclü oyunçu Lionel Messidi. O, dünyanın ən yaxşı futbolçusudu. Leo kimisi olmayıb və o, futbolla vidalaşdıqdan sonra da elə biri olmayacaq.
Xoşbəxtəm ki, onunla eyni komandada oynamaq imkanım olub. Məncə, Kriştianu Ronaldu da daxil olmaqla, kimisə Leo ilə müqayisə etməyə dəyməz. Messi bir nömrədi.
Əlbəttə, Kriştianu da böyük futbolçudu. Avropanın beş top-çempionatının üçündə fantastik performans göstərməsi təəccüblü hal deyil. Amma Messi başqadı".
Fanat.Az