Türkiyə millisinin "Union Berlin"də (Almaniya) çıxış edən üzvü Yunus Mallı karantinə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Urs Fişer məlumat verib. Bundesliqa təmsilçisinin çalışdırıcısı bildirib ki, 28 yaşlı yarımmüdafiəçi hazırda öz evində təcrid olunub. Onun koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatının olmadığını deyib.
Futbolçunun bu səbəbdən, komandanın məşqlərində iştirak edə bilmədiyi qeyd olunub.
Fanat.Az