"Çelsi”nin sabiq qapıçısı Peter Bonetti dünyasını dəyişib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, eks "çərçivə" qoruyucusu 78 yaşında həyatla vidalalaşıb. "Pişik" ləqəbli veteran qolkiper uzun sürən xəstəlikdən sonra ölüb.
Peter Bonetti "Çelsi"nin heyətində 729 matça çıxıb. O, İngiltərə yığması ilə DÇ-1966-ın qalib olub.
Fanat.Az