"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin Lautaro Martines ("İnter") və ya Neymar (PSJ) transferlərində "barter" variantı kimi istifadə ediləcəyinə dair məlumatlar yayılıb.
Fanat.Az xəbər verir ki, xorvat futbolçu "El Mundo Deportivo"ya müsahibəsində məsələyə aydınlıq gətirib:
"Mən kartof deyiləm. Gələcəyimlə bağlı özüm qərar verəcəm.
Mənə ehtiyac duyulan, sevildiyim və hörmət gördüyüm yerdə olmaq istəyirəm. Burdayamsa, deməli, hər şey əladı. Olmasa, özüm gələcəyimlə bağlı qərar qəbul edəcəm və başqa kluba keçəcəm".
Fanat.Az